Nazirlər Kabinetindən informasiya sorğusu ilə bağlı qərar
Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, yeni qaydalar "İnformasiya əldə etmək haqqında" qanuna edilmiş son dəyişikliklərə uyğun olaraq hazırlanıb.
Qaydalar:
- Haqqı ödənilməklə göstərilən informasiya xidmətləri çərçivəsində informasiya sorğusunun təmin edilməsi informasiya sahibi ilə sorğuçu arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
- Haqqı ödənilməklə informasiya əldə etmək istəyən şəxs müqavilənin bağlanması üçün informasiya sahibinə müraciət edir. İnformasiya sahibi 7 iş günü müddətində 2 nüsxədə müqavilə layihəsini hazırlayaraq imzalaması üçün sorğuçuya təqdim edir.
- Sorğuçu müqavilə layihələrini 3 gün müddətində imzalayaraq geri qaytarır və ya layihəyə dair təkliflərini bildirir. Həmin təkliflərə informasiya sahibi tərəfindən 3 gün müddətində baxılır.
- Təkliflər qəbul edildikdə müqavilə imzalanır, təkliflər qəbul edilmədikdə isə informasiya sorğuçusuna əsaslandırılmış cavab verilir.
- İmzalanmış müqavilənin bir nüsxəsi informasiya sahibində, digər nüsxəsi isə sorğuçuda qalır.
- İnformasiya sahibi ilə sorğuçu arasında müqavilə müəyyən müddətə və ya informasiyanın təqdim edilməsi müddətinə bağlanıla bilər.
- Tərəflər arasında bağlanmış müqavilədə təqdim edilən informasiyanın tərkibi, əldə edilməsi məqsədləri, istifadə sahələri və üsulları, habelə tərəflərin vəzifələri, öhdəlikləri, ödənişin məbləği və şərtləri göstərilməlidir.

604