Nazirimiz orden aldı - FOTO
26 iyul 2012 13:52 (UTC +04:00)

Nazirimiz orden aldı - FOTO

Kolumbiyaya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ölkə Senatının sədr müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrupla görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, E. Nino Azərbaycana etdiyi səfəri xatırlayaraq, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edbi və E. Məmmədyarovun bu rəsmi səfərinin iki ölkə arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Kolumbiya Senatının Azərbaycan xalqının Xocalı soyqırımı acısını anladığını bildirən E. Nino bununla bağlı Kolumbiya Senatının müvafiq qərar qəbul etdiyi barədə məlumat verib. Senator həmçinin, hər iki ölkədə diplomatik və ticarət nümayəndəliklərinin tezliklə açılmasının vacibliyini qeyd edib.

Nazir E. Məmmədyarova və Azərbaycanın Kolumbiyadakı səfiri İlqar Muxtarova Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "demokratiya uğrunda səylərinə görə Ali komandor" ordeninin təqdim olunması mərasimi keçirilib.

Azərbaycanlı nazir Senat tərəfindən təqdim olunan bu yüksək mükafata görə təşəkkürünü bildirib və Azərbaycanla Kolumbiya arasında müxtəlif sahələrdə münasibətləri daha da inkişaf etdirmək üçün siyasi iradənin mövcud olduğunu qeyd edib. Parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən nazir iki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar