Elmar Məmmədyarov Kolumbiyada səfərdə olub
25 iyul 2012 14:39 (UTC +04:00)

Elmar Məmmədyarov Kolumbiyada səfərdə olub

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 24-də Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar ilə görüşüb. Maria Angela Holguin Cuellar Kolumbiyaya həyata keçirilən bu səfəri yüksək qiymətləndirdiyini və böyük əhəmiyyətə malik olduğunu söyləyib. 2011-ci ilin oktyabr ayında Kolumbiya ticarət missiyasının Azərbaycandan səfərdən çox məmnun qayıtdığını qeyd edən Maria Cuellar iki ölkə arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğunu bildirib. O, siyasi sahədə mövcud olan yüksək əlaqələrin digər sahələr üçün də səmərəli zəmin yaradacağına əminlik ifadə edib. Elmar Məmmədyarov isə görüşdə ölkəmiz haqqında qısa məlumat verib və Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kolumbiya Respublikasının Prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən Elmar Məmmədyarov Azərbaycan Prezidentinin Kolumbiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb. Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qarşılıqlı təşviqi və qorunması sahəsində sazişlərin imzalanmasını vacib sayıb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, BMT Təhlükəsizlik Şurası çərçivəsində əməkdaşlığın imkanları, həmçinin humanitar, təhsil və idman sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053

Oxşar yazılar