PA-nın şöbə müdiri: “Bizə hər zaman peşəkar kadrlar lazımdır”
Lent.az-ın məlumatına görə, bunu gənc alimlərin II respublika innovativ ideya yarmarkasında çıxışı zamanı Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
E.Aslanovun sözlərinə görə, istənilən cəmiyyəti gələcəyə aparanlar intellektual potensiala malik insanlardır: “Ölkə başçısı İlham Əliyev gənclərə olan münasibətini “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiq etməklə göstərdi. Bu proqram Azərbaycan dövlətçiliyi tarixində gənclər siyasətinə yönəlmiş və misli olmayan proqramlar sırasındadır”.
E. Aslanov onu da qeyd edib ki, alimlərimiz təkcə Azərbaycan dili ilə kifayətlənməməli, Azərbaycanla məhdudlaşmamalıdır: “Bizim alimlərimiz gərək xarici ölkələrdə də tanınsınlar. Onların əsərləri xarici dillərdə nəşr olunsun”.
Anar Məcidzadə

680