Elnur Aslanov: “İrana verdiyimiz notalar hələ də cavabsızdır”
25 iyul 2012 11:34 (UTC +04:00)

Elnur Aslanov: “İrana verdiyimiz notalar hələ də cavabsızdır”

Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İrandakı şairlərin həbsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, şairlərin həbsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin İrana verdiyi 3 nota hələ də cavabsızdır: “Təəssüf ki, bizim diplomatlarımız hələ də həbsdə olan şairlərimizlə görüşə bilməyib. Amma Azərbaycan bütün qonşu dövlətlərlə, eləcə də qonşu olmayan dövlətlərlə strateji əməkdaşlığın inkişafında maraqlıdır. O cümlədən Azərbaycan tərəfi istəyir ki, bütün qonşu dövlətlərlə mehriban münasibətini davam etdirsin”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar