Zəki Qazioğlu Azərbaycandan gedir
24 iyul 2012 17:38 (UTC +04:00)

Zəki Qazioğlu Azərbaycandan gedir

Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, görüşdə Şimali Kipr mediası ilə Azərbaycanın kütləvi informasiya vasitələri arasındakı əlaqələrin hazırkı vəziyyətinə dair müzakirələr aparılıb.


Əflatun Amaşov Zəki Qazioğlunun Azərbaycanda diplomatik missiya yerinə yetirdiyi müddətdə mediamızın daim diqqət mərkəzində olan şəxsə çevrildiyini, rəğbətlə qarşılandığını söyləyib. O, bu amili ümumən qarşılıqlı münasibətlərdə ən mühüm cəhət kimi önə çəkib.


Bu günlərdə ölkəmizdəki diplomatik missiyası başa çatacaq Zəki Qazioğlu Bakıda keçirdiyi illərin peşəkar fəaliyyətində son dərəcə önəmli yer tutduğunu bildirib. O, xüsusən Azərbaycan mediası ilə təmaslardan daim zövq aldığını, KİV-lərimizin Şimali Kipr həqiqətlərinin çatdırılmasında fəal mövqe nümayiş etdirdiyini önə çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar