“Strateji prioritet: Azərbaycanın qaz strategiyası və Aİ-ın Cənub Dəhlizi”
24 iyul 2012 17:01 (UTC +04:00)

“Strateji prioritet: Azərbaycanın qaz strategiyası və Aİ-ın Cənub Dəhlizi”

Strateji Araşdırmalar Mərkəznini “SAM-ın İcmalı”-nın (SAM Review) 5-ci sayında “Strateji prioritet: Azərbaycanın qaz strategiyası və Aİ-ın Cənub Dəhlizi” mövzusunda təhlili məqaləsi çap olunub.

SAM-dan Lent.az-a verilən məlumata görə, icmalda “Şahdəniz” yatağından çıxarılan qazın Türkiyə ərazisi ilə Avropa bazarlarına nəqli üçün alternativ ixrac marşrutlarından birinin seçilməsinin geosiyasi, iqtisadi, kommersiya və texniki aspektləri barədə əhatəli məlumat təqdim olunur.

Müəlliflər Avropanın Cənub Qaz Dəhlizi Strategiyasında əsas rol oynayan ölkələrin maraqları, ölkələrarası münasibətlər müxtəlif baxış və prioritetlərini təhlil ediblər. Nəşrdə SOCAR-ın strateji məqsədlərinə cavab verən perspektivlər, habelə alternativ boru kəmərləri layihələrinin hər birinin (TAP və Nabuco West) müsbət və mənfi cəhətləri təhlil olunub. Müəlliflər bu qənaətdədirlər ki, hər iki layihə Azərbaycan və SOCAR şirkəti üçün mühüm dəyər kəsb edir. TAP kommersiya baxımından daha güclü hesab olunduğu halda siyasi dəstəyin olmaması layihənin çatışmayan tərəfidir. “Nabucco West” isə kommersiya cəhətdən zəif olsa da, marşrutun keçdiyi dövlətlər və Avropa Komissiyası onu müsbət dəstəkləyir.

Məqalənin müəllifləri Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva və Yunanıstanda nəşr olunan “Yaxın Şərq İqtisadi Araşdırma” Jurnalının təhlilçisi, İran və Cənubi Qafqaz regionu bölməsinin redaktoru doktor Teodoros Tsakirisdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar