Müxalifət YAP-ın təklifini necə dəyərləndirir? – SORĞU
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya deyib ki, Müsavat Partiyası Azərbaycanın milli məsələləri ilə əlaqədar hakimiyyətlə dialoqa hazırdır: “Ərazi bütövlüyü, cəmiyyətin demokratikləşməsi və digər istiqamətlərdə olan məsələlər ətrafında hakimiyyətlə dialoqa hazır olduğumuzu bir daha bildiririk. İctimai Palata “Demokratiyaya yumşaq keçid barədə” yol xəritəsi qəbul edib. Burada Azərbaycanın taleyüklü məsələlərindən tutmuş, cəmiyyətin demokratikləşməsi istiqamətində atılacaq bütün addımlar öz əksini tapıb. Azərbaycanla dost olmayan ölkələr, respublikada normal siyasi mühitin yaradılması, siyasi məhbuslar, sərbəst toplaşmaq hüququ və digər məsələlər ətrafında müzakirələr aparmaq olar. Bu mövzular ən ciddi müzakirəyə ehtiyacı olan aktual mövzulardır”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bildirib ki, bu dialoqun Azərbaycan xalqına və cəmiyyətinə yalnız xeyri dəyə bilər: “YAP-ın müxalifətlə ictimai maraq doğuran istənilən məsələ ilə bağlı dialoqa hazır olması fikrini müsbət dəyərləndirirəm. AMİP iqtidarla müxalifətin bir araya gələ biləcəyi məsələlərdə dialoqun mümkünlüyü təklifi ilə daim çıxış edib. Hesab edirəm ki, müxalifət və iqtidar arasında bir çox məsələlərdə, o cümlədən qanunvericiliklə bağlı dialoqun baş tutması mümkündür”.
AXCP sədrinin müavini Razi Nurullayev isə bu səpkili bəyanatların tez-tez olduğunu, lakin reallıqda dialoq məsələsinin sözdən əməli işə keçmədiyini deyib: “Müxtəlif debatlarda müxalifət və iqtidar nümayəndələri iştirak edir. Lakin bu, tez-tez baş tutmur. Ümumiyyətlə isə partiya liderlərinin iştirakı ilə danışıqlar aparılmır”.
R. Nurullayev qeyd edib ki, hər bir halda müxalifət ictimai maraq doğuran istənilən məsələ ilə bağlı dialoqa hazırdır: “Hələlik konkret təklif yoxdur. Lakin bunu ictimai rəyə hesablanan fikir kimi də dəyərləndirirəm”.
Qeyd edək ki, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bu gün jurnalistlərə verdiyi açıqlamada hakim partiyanın ictimai maraq doğuran istənilən məsələ ilə bağlı siyasi müxalifətlə dialoqa hazır olduğunu deyib.

1241