Əbülfəs Qarayev Kuba səfiri ilə görüşdü
İyulun 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kubanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Marselo Kabalyelo Torresla görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Ə.Qarayev Azərbaycan-Kuba Hökumətlərarası Komissiyasının sədri kimi, adı çəkilən komissiyanın işinin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.
Daha sonra Azərbaycan və Kuba dövlət başçılarının himayəsi ilə ölkələrimiz arasındakı münasibətlərin inkişaf dövrü keçirdiyi vurğulanıb, Ə.Qarayev qarşılıqlı səfərlərin təşkili və Komissiyanın növbəti iclaslarının keçirilməsini təklif edib.
Görüşün sonunda səfir cənab Marselo Kabalyelo Torres Ə.Qarayevə görüşə görə minnətdarlığını bildirib.

562