“İrəli”nin təmsilçisi beynəlxalq qurumun İdarə Heyətinin üzvü olub
İyulun 18-26-sında Rusiyada keçirilən “Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü”nə həsr olunmuş Beynəlxalq Gənclər Düşərgəsi çərçivəsində “Birlik” Beynəlxalq Gənclər Təşkilatının təsis konfransı keçirilib. “İrəli” İctimai Birliyindən Lent.az-a verilən məlumata görə, konfransda MDB-yə daxil olan 10 ölkənin gəncləri “Birlik” Beynəlxalq Gənclər Təşkilatının yaranması barədə qərar qəbul ediblər.
Yeni yaranan təşkilatın Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və “İrəli” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının rəhbəri Xəqani Fərəcov İdarə Heyətinin, ARGTMŞ-nin sədr müavini Ramiz Əliyev isə Nəzarət-Təftiş Komissiyasının üzvü seçiliblər.

512