ABŞ Dövlət Departamenti Qobustan qoruğunu tərəfdaş elan edib
20 iyul 2012 18:32 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Qobustan qoruğunu tərəfdaş elan edib

ABŞ Dövlət Departamenti Azərbaycanın Qobustan Milli Tarix-Bədii Qoruğunu beynəlxalq muzeylər mübadiləsi proqramında tərəfdaş elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə iyul ayının 17-də Dövlət Departamenti mətbuat xidmətinin yaydığı məlumatda deyilib.

Məlumatda qeyd olunur ki, Qobustan Milli Tarix-Bədii Qoruğu ABŞ-ın Milli Hindu Tarixi Muzeyi və Smitsonian Milli Mədəni Tədqiqat İnstitutunun siyasət və təhlil şöbəsi ilə birgə "Qayalarda yazılanlar: Azərbaycan və Pueblo Hindu icmaları arasında əməkdaşlıq" adlı layihə üzərində işləyəcək. Ümumilikdə, Dövlət Departamenti 2012-ci ildə muzey mübadiləsi proqramı üçün on qalib layihə elan edib.

Dövlət Departamentinin maarif və mədəniyyət məsələləri üzrə bürosunun və Muzeylər Assosiasiyasının birgə həyata keçirdiyi "Museums Connect" adlı proqram ABŞ icmalarını dünyada yaşayan müxtəlif icmalarla muzey mübadiləsi layihələri vasitəsilə birləşdirir. Builki layihələr ABŞ muzeylərini 13 müxtəlif ölkənin muzeyləri ilə əlaqələndirərək yerli icma üzvlərini, xüsusilə də gəncləri bir-biri ilə tanış etmək məqsədi daşıyır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar