ABŞ Dövlət Departamentinin rəsmiləri BAMF-da olublar
ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya İdarəsinin qaçqınlar üzrə regional koordinatoru Qreqori N. Qadnə və köməkçisi Eka Todria Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar.
BAMF-ın İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, görüşdən məqsəd BAMF-ın fəaliyyəti, xüsusilə regionlarda gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə yaxından tanış olmaq, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə etməkdən ibarət olub.
Fondun sədri Umud Rəhimoğlu ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təşkilatın indiyədək gördüyü işlər, həyata keçirdiyi humanitar layihələr barədə qonaqlara ətraflı məlumat verib. Umud Rəhimoğlu BAMF-ın dayanıqlılığının təmin olunmasında müstəsna rol oynayan Dövlət Departamentinə minnətdar olduğunu söyləyib. BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2010-cu ildə Tərtər rayonunda tikilib istifadəyə verilən Regional Peşə və Təlim Mərkəzində (PTM) qaçqınlara, məcburi köçkünlərə, müharibə qurbanlarına və onların ailə üzvlərin pulsuz təlimlər vasitəsilə peşə bacarıqlarının aşılanması məsələləri barədə danışıb. Onun sözlərinə görə, peşə təlimi keçənlərin işlə təminatı da daim diqqət mərkəzində saxlanılır. Nik Nvolisa ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə yaradılmış Tərtər regional Peşə və Təlim Mərkəzinin Kooperativ Təsərrüfatında görülən işlər, Yaponiya dövlətinin dəstəyi ilə burada heyvandarlıq üçün tövlə inşa edilməsi və artezian quyusu qazılması, kasıblıq həddində yaşayan insanlardan bir qrupunun yaxın vaxtlarda təsərrüfata işə cəlb olunacağı barədə məlumat verib.
Qreqori N. Qadnə BAMF-ın çox böyük və xeyirxah işlər gördüyünü söyləyib: “Hərtərəfli fəaliyyətiniz məndə geniş təəssürat yaratmaqla yanaşı, həm də məni təsirləndirdi. Sizin xüsusilə regionlarda həyata keçirdiyiniz humanitar missiyalı layihələrinizdən görün nə qədər ehtiyacı olan insan faydalanır. Bu sizin uğurunuzdur və mən inanıram ki, siz benefisiarlarınızın sayının daha da artmasına nail olacaqsınız”. O, daha sonra ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya İdarəsi ilə BAMF arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi zərurətində danışıb. Qeyd edib ki, bu əməkdaşlıqdan regionda yaşayan daha çox qaçqın və məcburi köçkün, əhalinin zəif təbəqəsi hərtərəfli faydalana bilər və bunun üçün yeni layihələrin həyata keçirilməsi lazımdır.
Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Cef Kudel və BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir görüşdə iştirak ediblər.

572