Elman Abdullayev: “Bu, Ermənistanın növbəti təxribatıdır”
20 iyul 2012 18:14 (UTC +04:00)

Elman Abdullayev: “Bu, Ermənistanın növbəti təxribatıdır”

“Beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin bu qondarma “prezident seçkiləri”ni tanımamaqları və Azərbaycanın ərazi bütövlüyü tanımaları göstərir ki 21-ci əsrdə dünya ictimaiyyəti tərəfindən zor gücü ilə ölkələrin sərhədlərini dəyişdirilməsi qəbuledilməzdir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

“Bu sübut etdi ki, tək həmsədrlər tərəfindən deyil, bütün dünya ictimaiyyət tərəfindən də bugünkü status-kvo qəbuledilməzdir. O cür tədbirlərin keçirilməsi Ermənistan rəhbərliyin növbəti təxribatı kimi və sülh prosesinə böyük bir zərbə kimi qiymətləndirilməlidir. Bu, sülh prosesini uzadır və regionun inkişafına maneə törədir” – deyə o qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar