Suriyada Azərbaycan vətəndaşları qalmayıb
“Azərbaycan Suriyada qan tökülməsinin əleyhinədir. Biz Suriyada insanların bu durumdan zərər çəkməsini istəmirik”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O bildirib ki, Azərbaycan Suriyada problemin həllində Kofi Annan planını dəstəkləyir: “Azərbaycan Suriyada baş verən hadisələrdən ciddi narahatlıq keçirir və tərəfləri qan tökməkdən çəkinməyə çağırır”.
E. Abdullayev bildirib ki artıq Suriyada təhsil alan bütün tələbələr vətənə qayıdıblar və bu ölkədə Azərbaycan vətəndaşları qalmayıb. Onun sözlərinə görə, Dəməşqdəki səfirliyimiz normal qaydada fəaliyyət göstərir: “Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyəti izləyir və Suriyadakı səfirliyimizlə mütəmadi əlaqə saxlayır. Nazirlik səfirliklə daimi təmasdadır və baş verənlərlə bağlı tam məlumata malikdir”.
Xatırladaq ki, iyulun 18-də Dəməşqdə Suriya Milli Təhlükəsizlik Xidmətinin binasına gerçəkləşdirilən terror hücumu zamanı müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini Asif Şevkət (prezident Bəşər Əsədin yeznəsi) və sabiq müdafiə naziri Məhəmməd Türkmən öldürülüb. Partlayış zamanı daxili işlər naziri və Ali Təhlükəsizlik Şurasının katibi ağır yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə müxalif Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08