Diaspor təşkilatlarımız qondarma “seçki” ilə bağlı Avropaya müraciət etdi
Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) iyulun 19-da Dağlıq Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin keçirilməsi ilə bağlı Avropa Parlamenti, Avropa Şurası və digər Avropa təşkilatlarına, eləcə də alman siyasətçiləri, fondlar, elm və mədəniyyət xadimləri, jurnalistlər və alman ictimaiyyətinin nümayəndələrinə müraciət məktubu göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktubda bu “seçkilər”in beynəlxalq hüquq normalarına zidd olduğu qeyd edilib, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəklində yaşaması haqqında məlumat verilib.
Məktubda vurğulanıb ki, Ermənistan hələ də beynəlxalq təşkilatların qərar və qətnamələrinə əhəmiyyət vermir və əraziləri işğal altında saxlayır. AAK və AAKM məktublarında azərbaycanlılar adından yuxarıda adı çəkilən təşkilatlara müraciət edərək Dağlıq Qarabağda beynəlxalq hüquq normalarına zidd olaraq keçirilən “Prezident seçkiləri”nə öz münasibətlərini bildirməyi və qanunsuz seçkiləri qınamağı xahiş ediblər. Məktubun sonunda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız qüvvədə olan beynəlxalq hüquq normalarına əməl edilərək həll oluna bilər və bu halda münaqişə regionunda sülh bərqərar edilə bilər.

437