AP-nin 52 üzvü Azərbaycanla Dostluq Qrupu yaradacaq
Millət vəkili Qüdrət Həsənquliyevin APA-ya verdiyi xəbərə görə, nümayəndə heyətinin sədri Elxan Süleymanova və qrupun üzvlərinə ünvanlanmış müraciətdə deputatlar Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaratmaq niyyətlərini ifadə ediblər.
Onlar Avropa Birliyinin (AB) Dağlıq Qarabağ problemi ilə tanış olması və bu məsələnin həllində yaxından iştirakı üçün səy göstərəcəklərini, bu istiqamətdə birliyin müvafiq strukturlarına müraciət edəcəklərini də bildiriblər.
“Biz Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi niyyətindəyik. Bundan başqa, AB Dağlıq Qarabağ münaqişəsinin həllinin vasitəçiliyində əsas rol oynaya bilər və oynamalıdır. Bu problemin həllini tapmaması regional sabitliyə təhlükədir və minlərlə qaçqın və məcburi köçkünün çətin şəraitdə yaşaması ilə bağlı vəziyyətin uzadılmasına səbəb olur. Bu, beynəlxalq hüququn pozulmasının da göstəricisidir”- deyə, müraciətdə qeyd olunub.
Müraciətdə bildirilib ki, Avropa Parlamentinin Azərbaycanla imzalanmış Assosiasiya Sazişinin qəbulu ilə bağlı qətnaməsindən sonra qurum Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək marağını nümayiş etdirdi: “Biz bundan çıxış edərək, Avropa Parlamenti daxilində Azərbaycanla Dostluq Qrupu yaradacağımızı bəyan edirik”.
Qeyd edək ki, sənədi 52 avropalı parlamentar imzalayıb.

546