Prezident Elçibəyin qardaşına ev hədiyyə edib
Prezident İlham Əliyev Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə ev hədiyyə edib. Bunu "Gündəlik Teleqraf" qəzetinə açıqlamasında A. Əliyev özü deyib.
O, Yasamal rayonu ərazisində 120 kvadratmetr sahəsi olan 3 otaqlı ev verildiyini, hazırda təmir işi getdiyini bildirib.
A. Əliyev qardaşının ailəsinin mühafizə, maşın və maaşla təmin olunub-olunmaması haqda heç nə bilmədiyini deyib.
"Məndə olan xəbərə görə, Əbülfəz Elçibəyin ailəsinə qanunla bağlı heç nə deyilməyib. Bəlkə də deyiblər, mənim xəbərim yoxdu. Bu işlərlə daha çox Aqil məşğul olur" - deyə A.Əliyev bildirib.

654