Oqtay Əsədov Lord Lairdini qəbul edib
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniyanın Azərbaycan üzrə parlament qrupunun üzvü Lord Lairdin başçılığı ilə nümayəndə heyətini qəbul edib. Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, Oqtay Əsədov bu səfərin əməkdaşlığımızın inkişafına öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu söyləyib.
Spiker deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin dərin tarixi kökləri var, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni məna və əhəmiyyət kəsb edib. Onun sözlərinə görə, dövlətlərarası münasibətlərimiz yüksələn xətlə inkişaf edir, Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli əlaqələrimizin daha da dərinləşməsinə böyük önəm verir. Eyni zamanda siyasi dialoqun davamlı olaraq aparılması iqtisadi sahəyə də öz müsbət təsirini göstərməkdədir. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafındakı rolunu xüsusi vurğulayan spiker hər iki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Oqtay Əsədov bildirib ki, bu gün Milli Məclisdə dünyanın 70-dən çox ölkəsi ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılıb: “Biz qanunverici orqanlar arasında əlaqələrin inkişafını təcrübə və informasiya mübadiləsi baxımından önəmli hesab edirik. Hər iki ölkə deputatları nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər. ATƏT PA, AŞPA, Parlamentlərarası İttifaq kimi qurumlar tərəfdaşlıq üçün uyğun platformalardır. Azərbaycan regional təşkilatlarda da fəal iştirak edir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avronest PA-nın II sessiyası qurum tarixində ilk dəfə olaraq Avropa İttifaqının sərhədlərindən kənarda – Bakıda keçirilib”. O, Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı sahəsində görülmüş işlər barədə də məlumat verib.
Lord Laird isə ölkəmizə üçüncü dəfə səfər etdiyini və hər gəlişində əsaslı dəyişikliyin şahidi olduğunu dilə gətirib. O, müstəqil Azərbaycanın dinamik inkişafından məmnun qaldığını qeyd edib, xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkənin tanıdılması istiqamətində gördükləri işləri yüksək dəyərləndirib. Lord Laird ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına böyük maraq göstərdiyini və Cənubi Qafqazda gedən prosesləri diqqətlə izlədiyini söyləyib. O, Azərbaycan üzrə parlament qrupunun üzvü kimi Milli Məclislə əməkdaşlığın gələcəkdə də dərinləşdirilməsi niyyətində olduqlarını bildirib. Lord Laird nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

497