Rumıniya qondarma “prezident seçkiləri”ni tanımır
Azərbaycanın Rumıniyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Rumıniya Xarici İşlər Nazirliyi 19 iyul 2012-ci il tarixində separatist Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”ni qanunsuz hesab edir.
Rumıniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunun müstəqilliyini tanımamaqla bağlı hər zaman dəstəklədiyi prinsipial mövqeyini bir daha təsdiqləyir: “Xarici İşlər Nazirliyi eyni zamanda, ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının asanlaşdırılmasında birgə səylərini dəstəklədiyini bir daha bəyan edir və münaqişənin danışıqlar yolu ilə həllinin tapılmasında müvafiq tərəfləri öz səylərini artırmağa təşviq edir”.

569