Dağlıq Qarabağın azərbaycanlı icmasından qondarma “seçki”yə etiraz
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi Dağlıq Qarabağ bölgəsində iyulun 19-da qondarma “prezident seçiləri”nin keçirilməsi ilə bağlı bəyanat yayıb.
İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri” keçirilməsi Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olub: “Bu məsələ ictimai birliyin İdarə Heyətinin iclasında müzakirə olunub və qətiyyətlə pislənib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu qeyri-qanuni “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlı əhalinin seçki hüquqlarını nəzərə almır”.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulan azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər: “Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində belə “seçkilər” təşkil edir. Ermənistan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkiləri” heç vaxt tanımayıb”.
Bəyanatda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirib ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir: “Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsini də zəruri hesab edirik. Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq”.

815