“Türkiyə danışıqlara daha yaxından cəlb olunmalıdır”
“Qəti inanıram ki, parlament səviyyəsində daimi dialoqun qurulması Dağlıq Qarabağ probleminin həllinə töhfə verə bilər. Bu səbəblə hər iki ölkə parlamentlərinin sədrlərini ATƏT Parlament Assambleyasının qarşıdakı toplantılarından birinə qatılaraq bunu birbaşa müzakirə platforması kimi istifadə etməyə dəvət etmək niyyətindəyəm”.
APA-nın xəbərinə görə, bunu Ermənistan mətbuatına açıqlamasında ATƏT PA-nın yeni prezidenti Rikardo Miqliori deyib. O bildirib ki, ATƏT hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük sistemi ilə münaqişələrin həllinə kömək etmək üçün ən yaxşı beynəlxalq forumdur: “ATƏT Parlament Assambleyasının sədri kimi danışıqlar prosesinə, o cümlədən Minsk Qrupuna dəstək üçün məndən asılı olan nə varsa, edəcəyəm”.
R. Miqliori qeyd edib ki, Minsk Qrupu tərəflərə münaqişənin həlli yolunu zorla sırıya bilməz, tərəflər özləri razılığa gəlməlidir: “Münaqişənin həlli yolu kompromisdən keçir. Aydındır ki, sülh yolu irəliyə doğru addımlamaq üçün yeganə həyat qabiliyyətli vasitədir”.
R. Miqliori 2014-cü ildə ATƏT PA-nın illik sessiyasının Bakıda keçiriləcəyini xatırladaraq bunun parlamentlərin münaqişənin həllində rolunun artmasına kömək edəcəyini söyləyib. Onun fikrincə, Türkiyəni danışıqlar prosesinə daha yaxından cəlb etmək lazımdır ki, onun iştirakının tərəflərin sülh yolunda tərəqqi əldə etməsinə yardımçı olub-olmayacağını görmək mümkün olsun: “Mən bu mərhələdə Minsk Qrupunun formatını dəyişmək istəməzdim. Lakin bununla yanaşı, iqtisadi inkişafa səbəb olacaq açıq sərhədlərlə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün Türkiyə bu prosesin bir hissəsinə çevrilmədir. Türkiyə ilə Ermənistan arasında bir neçə il əvvəl baş vermiş yaxınlaşma müsbət addım idi. Təəssüf ki, ratifikasiya prosesi dayandı”.
Dağlıq Qarabağ ermənilərinin üçüncü tərəf kimi danışıqlarda iştirakına gəlincə, ATƏT PA-nın rəhbəri bildirib ki, Minsk Qrupunun formatı artıq mövcuddur və bu situasiyanı dəyişmək yanlış olardı. Lakin o, insanlar arasında təmasların fəallaşdırılmasının vacibliyini qeyd edib.
R. Miqliori gələn il bölgəyə səfər edə biləcəyini də vurğulayıb.

482