Prezident İlham Əliyev italiyalı və britaniyalı hərbçiləri qəbul edib - FOTO
Prezident İlham Əliyev İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
İkitərəfli münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfərinin bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olacağına ümidvar olduğunu bildirib. Biacio Abrateni isə ölkəmizə səfərindən məmnunluq ifadə edib. O, Əfqanıstandakı Beynəlxalq Sülhməramlı missiyanın tərkibində İtaliya hərbçilərinin Azərbaycanın sülhməramlıları ilə birlikdə uğurlu əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu da qəbul edib. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən, parlamentlərarası əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

593