Devid Harris: “Heydər Əliyev Mərkəzi Bakıya xüsusi yaraşıq verir”
Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı Amerika Yəhudi Komitəsi icraçı direktorunun Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib.
Devid Harris ölkəmizə ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə edib. Ötən dövr ərzində paytaxtda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq müasir memarlıq üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının Bakıya xüsusi yaraşıq verdiyini vurğulayıb.
Görüşdə Azərbaycan və Amerika Yəhudi Komitəsi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

706