XİN: Azərbaycanın Suriyadakı səfirliyi ilə daim əlaqə saxlayırıq
18 iyul 2012 18:12 (UTC +04:00)

XİN: Azərbaycanın Suriyadakı səfirliyi ilə daim əlaqə saxlayırıq

0
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev səfirliyimizin Dəməşqdəki fəaliyyəti ilə bağlı sualı APA-ya belə şərh edib. XİN rəsmisi bildirib ki, nazirlik səfirliklə daimi təmasdadır və baş verənlərlə bağlı tam məlumata malikdir.

Qeyd edək ki, bir qədər əvvəl Dəməşqdə Suriya Milli Təhlükəsizlik Xidmətinin binasına gerçəkləşdirilən terror hücumu zamanı müdafiə naziri Davud Raciha öldürülüb, müdafiə nazirinin müavini (prezident Bəşər Əsədin yeznəsi) və daxili işlər naziri ağır yaralanıb. Terror aktı nəticəsində daha 15 nəfərin yaralandığı bildirilir. Suriya rəsmiləri yaralanmış daxili işlər nazirinin vəziyyətinin normal olduğunu bildirirlər.
Terror aktına görə məsuliyyəti öz üzərinə müxalif Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar