Həmsədrlər Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri" ilə bağlı bəyanat yayacaq
Fransa Xarici İşlər Nazirliyinin internet səhifəsində nazirliyin mətbuat katibliyi jurnalistlərlə onlayn mətbuat konfransı keçirib. APA-nın Avropa bürosu əməkdaşının mətbuat konfransında "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış oyuncaq rejim iyulun 19-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma prezident seçkiləri keçirməyə planlaşdırır. Bu seçkilər xarici işğal və azərbaycanlıların etnik təmizləmə şəraitində baş verəcək. Sülh prosesinə ciddi şəkildə mane ola biləcək bu qondarma prezident seçkilərinə qarşı Fransanın rəsmi mövqeyi necədir?" sualını cavablandıran Fransa XİN-in mətbuat katibi bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaxın günlərdə birgə bəyanat yayacaqlarını bildirib.
Qeyd edək ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu “seçkiləri” pisləyən bəyanat yayıb. Türkiyə Xarici İşlər Nazirliyi də bir qədər əvvəl analoji bəyanatla çıxış edərək separatçı rejimin keçirməyə hazırlaşdığı “prezident seçkiləri”ni pisləyib və bunu sülh prosesinə vurulan zərbə kimi dəyərləndirib.

534