Türkiyə XİN-dən qondarma “prezidenti seçkiləri”nə etiraz
18 iyul 2012 15:11 (UTC +04:00)

Türkiyə XİN-dən qondarma “prezidenti seçkiləri”nə etiraz

“Bu “seçkilər” BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır və Dağlıq Qarabağdakı qeyri-hüquqi mövcud durumu legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür”


Türkiyə Xarici İşlər Nazirliyi erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirəcəyi “prezidenti seçkiləri” ilə bağlı rəsmi açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada deyilir:


“Ermənistan işğalı altında olan Azərbaycanın Yuxarı Qarabağ bölgəsində beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin gözləntilərinə zidd olaraq “prezident seçkisi” keçiriləcəyi bildirilir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilər Yuxarı Qarabağdakı qeyri-hüquqi mövcud durumu birtərəfli şəkildə legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür. Qarabağ ixtilafı Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əngəl olmağa davam etməkdə və bölgə ölkələri arasında mehriban qonşuluq və əməkdaşlığa şərait yaradacaq iqlimin formalaşmasını əngəlləməkdədir. Problemin həllinə xidmət edən təşəbbüslərin davam etdirilməsi ilə paralel olaraq bölgədə tam və əhatəli normallaşma yönündə cəhdlərini müxtəlif platformalarda davam etdirməyə qərarlı olan Türkiyə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin növbəti dəfə pozulması mənasına gələn bu əməli pisləyir. Türkiyə qeyri-legitim saydığı və heç bir hüquqi qüvvəsi olmayacaq bu “prezident seçkisi”nin nəticələrini tanımayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar