Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilərlər
18 iyul 2012 13:56 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilərlər

0
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü sentyabrın sonlarında BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimi çərçivəsində baş tuta bilər.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə əvvəlcə Avropa paytaxtlarından birində ayrıca görüş keçirməyi təklif ediblər. Bundan sonra isə sentyabrda xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tuta bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar