Elmar Məmmədyarov Kuba səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə edərək ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib.
Səfir isə çalışdığı dövrdə Kuba ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını söyləyərək faydalı əməkdaşlığa görə minnətdarlıq edib.
Nazir kubalı diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29