Siyasi partiyaların maliyyələşdirilməsi 2013-cü ilə  qaldı
17 iyul 2012 17:55 (UTC +04:00)

Siyasi partiyaların maliyyələşdirilməsi 2013-cü ilə qaldı

“2012-ci ilin büdcəsində vəsait nəzərdə tutulmadığı üçün siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı “Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklərin icrası gələn ilə qalıb”.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev söyləyib. Səfa Mirzəyev bildirib ki, növbəti ilin büdcəsinə baxılarkən, bu məsələ nəzərə alınacaq: “Hesab edirəm ki, 2013-cü ildə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1282

Oxşar yazılar