“Diffamasiya ilə bağlı qanun zamanı gələndə qəbul ediləcək”
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin 2012-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında vitse-spiker Bahar Muradova söyləyib. Bahar Muradova deyib ki, bu səbəbdən də “Diffamasiya haqqında” qanun layihəsinin qarşıdan gələn payız sessiyasında müzakirələrə çıxarılıb-çıxarılmayacağı və ya qəbul olunub-olunmayacağı barədə qəti fikir söyləyə bilməz. Bununla belə, vitse-spiker qeyd edib ki, diffamasiya ilə bağlı qanunun qəbul olunması yönündə ictimai müzakirələr davam edir: “Mən ATƏT-in fəaliyyətdə olan sədri və digər beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlərimdə də qeyd etmişəm ki, istənilən demokratik cəmiyyətdə söz və mətbuat azadlığının dərinləşdirilməsi üçün lazım olan bütün qanunlar, o cümlədən, “Diffamasiya haqqında” qanun qəbul oluna bilər. Ancaq yetər ki, cəmiyyət və zaman buna hazır olsun. Şəxsən biz bu yöndə başqa ölkələrin analoji qanunvericilik aktlarını, təcrübəsini də öyrənməyə hazırıq”.
Bahar Muradova bildirib ki, bu gün Avropanın bir sıra aparıcı ölkələri hələ də bu qanunu qəbul etməyib: “Ona görə, indi bu qanunun qəbul olunması ilə bağlı hansısa tərəfləri də başa düşmək olmur. Biz bu qanunun qəbulunu öhdəlik kimi götürməmişik. Bu sadəcə tövsiyədir. Bununla belə, bir daha qeyd etmək istəyirəm ki, zamanı gələndə biz bu qanunun müzakirəsinə və qəbuluna hazırıq. Onu da qeyd edim ki, bu yöndə ictimai müzakirələr bundan sonra da davam etdiriləcək”.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45