Xarici İşlər Nazirliyi: İrana getmək təhlükəsiz deyil
13 iyul 2012 15:49 (UTC +04:00)

Xarici İşlər Nazirliyi: İrana getmək təhlükəsiz deyil

“İranda həbs olunmuş iki Azərbaycan vətəndaşının orada saxlanması davam edir, təəssüf ki, bu günə qədər də Azərbaycan konsulluğunun əməkdaşlarına onlarla görüşmək üçün şərait yaradılmayıb”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

“Əlbəttə ki, bu fakt bizi çox narahat edir. Bu vəziyyətin yaranması, yəni iki vətəndaşımızın həbsi bizi vətəndaşlarımıza xatırlatmağa məcbur edir ki, İrana səfər təhlükəsiz deyil”.

Elman Abdullayev bildirib ki, İranda vətəndaşlarımızın həbs olunması xoşagəlməz faktdır: “Çünki vətəndaşlarımızla görüş istəyimiz - hansı ki bu hüquq beynəlxalq konvensiyalarda təsbit olunub – təmin olunmur. Lakin biz öz tərəfimizdən bu istiqamətdə işi davam etdiririk. Bu bizim üçün bir nömrəli prioritetdir. Azərbaycan İranın vətəndaşlarımıza qarşı bu cür yanaşmasını anlamır. Biz hələ də vətəndaşlarımızın hansı cinayətləri törətməkdə ittiham olunduqları barədə rəsmi məlumat verilməyib”.

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə festivalda iştirak məqsədilə getdikləri İranda həbs olunublar. Onların hansı səbəbdən həbs olunduğu barədə rəsmi açıqlama verilmir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı İrana bir neçə dəfə rəsmi nota verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar