Ombudsman Elmira Süleymanovanın 75 yaşı tamam olur
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, professor Elmira Süleymanova 1937-ci ildə Bakı şəhərində anadan olub.
O, 1955-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) kimya fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor adına layiq görülüb. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Elmira Süleymanova 210 elmi əsərin, 40-dan çox ixtiraların müəllifidir, 2 elmlər doktoru, 14 elmlər namizədi yetişdirib. 30-dan çox beynəlxalq konfranslarda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft-kimya simpoziumunda elmi məruzələrlə çıxış edib. Elmira Süleymanova Bankokda Çulalonqkorn Universitetində (Tailand) Qadın Liderliyi üzrə hazırlıq keçib, 1990-1994-cü illərdən Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini olub. BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi məsləhətçi statusu alıb, “Qadın və İnkişaf” Elmi-Praktiki Mərkəzinin yaradıcısı və prezidenti, 2002-ci ildən isə fəxri üzvüdür.
Elmira Süleymanova 1998-ci ildə Amerika Roçester Universiteti tərəfindən Dünyanın qadınlar və qızların hüquqlarının müdafiəçisi və onlar üçün nümunə olan 100 qəhrəman qadınlardan biri kimi şərəfləndirilib. O, Uşaq haqları Konvensiyasının 10 illiyi ilə bağlı vüsət tapmış Uşaqlar üçün Dünya hərəkatı nəzdində fəaliyyət göstərən, öz fəaliyyəti ilə beynəlxalq aləmdə tanınan Azərbaycan Uşaqdan Uşağa Sülh Şəbəkəsinin və ilk Uşaqların Liderlik məktəbinin yaradıcısıdır. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının və Dünya Azərbaycanlarının Əlaqələndirmə Şurasının üzvüdür. Elmira Süleymanova “Fəxri kimyaçı”, “SSRİ İxtiraçısı” fəxri adları alıb, “Şərəf nişanı” ordeni, “Əmək veteranı” və b. medallarla təltif olunub, akademik Y. Məmmədəliyev adına mükafatın laureatı olub. 2002-ci il iyulun 2-də E.Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsmanı) seçilib. O, 2003-cü ildə Beynəlxalq Ombudsmanlar İnstitutunun və Avropa Ombudsmanlar İnstitutunun üzvü olub, Beynəlxalq Sülh mükafatına layiq görülüb.

966