Türkmənistan səfirindən Elmar Məmmədyarova təşəkkür məktubu
13 iyul 2012 12:40 (UTC +04:00)

Türkmənistan səfirindən Elmar Məmmədyarova təşəkkür məktubu

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu ünvanlayıb. XİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məktubda Türkmənistanın Azərbaycandakı səfirliyi və “Azmeko” şirkətinin dəstəyi ilə “Letterpress” nəşriyyat evi tərəfindən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun çıxış və müsahibələrindən ibarət “Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” adlı 2 cildlik nəşrin çapına göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkür ifadə olunub.

Türkmənistan tərəfinin məktubunda sözügedən kitabın dost və qardaş dövlət olan Azərbaycanda nəşr edilməsinin Türkmənistanda böyük rəğbətlə qarşılandığı və bu hadisənin Azərbaycan xalqının Türkmənistan xalqına olan əsl dostluq münasibətlərinin bariz nümunəsi olduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955

Oxşar yazılar