Azərbaycan prezidenti yəhudi icmasını bayram münasibətilə təbrik edib
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Yəhudi xalqının milli yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi vətəndaşlarımız, yüz illərdir ki, əmin-amanlıq şəraitində yaşayaraq ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak edirlər. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilməsi, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunub saxlanması dövlətin daimi himayəsi altındadır və bu siyasət gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəkdir.
Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş-Ha-Şana münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!”

870