FHN Xəzərdə təlim keçirəcək
26 sentyabr 2011 17:57 (UTC +04:00)

FHN Xəzərdə təlim keçirəcək

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 29-30 sentyabr 2011-ci il tarixlərində Xəzər dənizinin şimal hissəsində, "LUKOIL" ASC-nin Yuri Korçagin adına neftçıxarma platforması rayonunda "Stasionar neftçıxarma platformasının ərazisində tankerin naməlum gəmi ilə toqquşması nəticəsində yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Azərbaycan Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının aidiyyəti qurumlarının və xilasetmə xidmətlərinin birgə fəaliyyətlərinin təşkili" adlı təlim keçiriləcək.

Tədbirdə Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliklərinin qüvvə və vasitələri ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, əməliyyat qrupu, axtarış-xilasetmə qrupu, rabitə vasitələri, "Vixr" yanğınsöndürmə gəmisi, qəza qrupu, "BE-200 ÇS" amfibiya təyyarəsi də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087

Oxşar yazılar