“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”
Sentyabrın 23-də sentyabr Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Macarıstanın dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri, tanınmış alimlər, hüquqşünaslar, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açıb. Vilayət Quliyev deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Macarıstan ictimaiyyətinin məlumatlandırılması baxımından macar dilində qeyd edilən kitabın nəşri olduqca vacib hadisə və təbliğat sahəsində atılan növbəti mühüm addımdır. Namiq Əliyev isə çıxışında kitabının məzmunu barədə məlumat verib, Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barəsində danışıb.
Tədbirdə Macarıstan parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Marton Dyöndöşi, Macarıstan Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qətnamələrin qəbul edildiyi dövrdə Macarıstanın BMT-də daimi nümayəndəsi olmuş səfir Andre Ördöş, Moldovanın Budapeştdəki səfiri A.Kodreanu, AzərTAC-ın Almaniya müxbiri Vüqar Seyidov çıxış ediblər. Onlar Ermənistanı Azərbaycana qarşı təcavüzə son qoymağa çağırıb, münaqişənin həlli istiqamətində beynəlxalq birlik tərəfindən daha qətiyyətli addımların atılmasının zəruri olduğunu vurğulayıblar.
Tədbirin sonunda Namiq Əliyev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB-YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57