Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib
Xarici işlər naziri Afrika buynuzundakı humanitar vəziyyətlə bağlı keçirilmiş nazirlərarası görüşə qatılıb, ikitərəfli görüşlər keçirib
BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov bir sıra tədbirlərə qatılıb ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bas katibi H.Akıncı katibliyin fəaliyyəti və qarşıda duran vəzifələri barədə məlumat verib. İclasda Qazaxıstanda keçiriləcək Zirvə Görüşə hazırlıq məsələləri və qəbul olunacaq sənədlər ətrafında fikir mübadiləsi olub. İclas zamanı türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və mövqelərinin əlaqələndirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə mütəmadi fəaliyyət göstərilməsi, üzv dövlətlərin müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planının hazırlanması barədə müzakirələr aparılıb.
Elmar Məmmədyarov Afrika buynuzundakı humanitar vəziyyətlə bağlı keçirilmiş nazirlərarası görüşdə də çıxış edib. Xarici işlər naziri Afrika buynuzundakı humanitar böhranın aradan qaldırılması üçün bütün dövlətlərin həmrəyliyini vacib sayıb. O, humanitar fəlakətdən əziyyət çəkən Somali, Keniya, Efiopiya və Cibutiyə maliyyə dəstəyi göstərilməsi üçün BMT Baş Assambleyası sessiyası çərçivəsində belə bir tədbirin keçirilməsini və yardımların artırılmasını zəruri hesab edib. Elmar Məmmədyarov Azərbaycanın da təbii fəlakətdən əziyyət çəkən bu ölkələrə dəstək vermək məqsədi ilə yardım göstərdiyini və bu yardımların gələcəkdə də davam etdiriləcəyini nəzərə çatdırıb.
Elmar Məmmədyarov ASEAN və İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci nazirlərarası görüşünə də qatılıb. O, iki qurum arasında əməkdaşlığın davam etdirilməsinin bütün region dövlətlərinin maraqlarına cavab verdiyini söyləyib. Eyni zamanda üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın vacib olduğunu dilə gətirib və bu məqsədlə konfransların, biznes forumların, turist turlarının təşkili, investisiya imkanlarının araşdırılması üçün qarşılıqlı missiyaların həyata keçirilməsini təklif edib.
Elmar Məmmədyarov Antiqua və Barbudanın baş naziri B.Spenser və Küveytin xarici işlər naziri M.Əl-Sabahla ikitərəfli görüşlərində isə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olub. Xüsusi ilə də iqtisadi, enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün səfərlər mübadiləsi, biznes forumların təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

540