Azərbaycanlı əsirin anası: “Bizə heç bir məlumat verilməyib”
26 sentyabr 2011 15:58 (UTC +04:00)

Azərbaycanlı əsirin anası: “Bizə heç bir məlumat verilməyib”

Bu sözləri APA-ya açıqlamasında Ermənistanda əsirlikdə saxlanılan və bu günlərdə üçüncü ölkəyə təhvil verilən Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynovun anası Natəvan Hüseynova deyib. O, bu barədə məlumatı mətbuatdan öyrəndiklərini bildirib: “Oğlumun harada olması barədə bizdə heç bir məlumat yoxdur. Sonuncu dəfə ötən ay ondan məktub almışdıq. Oğlum məktubda hər şeyin yaxşı olduğunu, tezliklə hər şeyin düzələcəyini yazmışdı. Bizə Romanın üçüncü ölkəyə getmək arzusunda olması barədə da heç bir məlumat verməyiblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət etmək niyyətindəyik. Biz Romanın öz doğma evinə qayıtmasını istəyirik”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu R. Hüseynov 2010-cu il avqustun 27-də Ermənistan ordusu tərəfindən əsir götürülüb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycana qayıtmaqdan imtina edən R. Hüseynov BMT-nin qaçqınlar üzrə ali komissarının ofisinin və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri vasitəsilə üçüncü ölkəyə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar