Azərbaycanda saxlanılan səkkiz erməni üçüncü ölkəyə getmək istəyir
Bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov bildirib. O deyib ki, 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçən bir ailənin 5 üzvü də Azərbaycana gələndən üçüncü ölkəyə getmək arzusunda olduğunu deyib.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Əsirlərdən Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib.

594