Ermənistandakı azərbaycanlı hərbi əsir üçüncü ölkəyə təhvil verilib
APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, Azərbaycana qayıtmaqdan imtina edən R.Hüseynov BMT-nin qaçqınlar üzrə ali komissarının ofisinin və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri vasitəsilə üçüncü ölkəyə təhvil verilib. R. Hüseynovun hansı ölkəyə təhvil verildiyi açıqlanmayıb.
Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya bildirib ki, R. Hüseynovun üçüncü ölkəyə təhvil verilməsi barədə komissiyaya rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu R. Hüseynov 2010-cu il avqustun 27-də Ermənistan ordusu tərəfindən əsir götürülüb.

717