Dubayda Azərbaycan guşəsi açılıb
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Dubay Əmirliyinin hakim ailəsinin üzvü Şeyxə Şəmsə Həşer Əl Məktumun idarəsində “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun təşəbbüsü ilə Azərbaycan guşəsi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şeyxə Şəmsə Nəşer Əl-Məktumun idarəsinin baş müdiri Əli Əl-Fələsi ilə görüşən Samir İmanov Azərbaycanın tarixinə dair ətraflı məlumat verib.
Samir İmanov Şərqdə ilk demokratik respublikanın, çoxpartiyalı parlamentin Azərbaycanda təsis edildiyini, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ilk dəfə olaraq qadınların seçki hüququnu tanıdığını nəzərə çatdırıb. O, müasir Azərbaycan Respublikasının nailiyyətlərindən danışıb, ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, bölgənin ən qüdrətli dövlətlərindən birinə çevrilməsi, xalqımızın zəngin mədəniyyəti və incəsənəti barədə məlumat verib.
Əli Əl-Fələsi iki ay əvvəl Samir İmanovun dəvəti ilə Azərbaycana etdiyi səfəri xatırladıb və Azərbaycanı “möcüzələrlə dolu və gözəlliyinin təsvir olunması mümkün olmayan məmləkət” adlandırıb. O, Azərbaycanda insanların yüksək tolerantlıq mühitində yaşadığının, müxtəlif xalqların nümayəndələrinə qarşı isti münasibət bəslənməsinin şahidi olduğunu söyləyib. O, Dubay Əmirliyinin bundan sonra da “Azərbaycan” Cəmiyyətinə və diasporuna lazımi dəstək veriləcəyini dilə gətirib. Görüş zamanı Samir İmanov Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanda əllə toxunmuş milli naxışlı xalçanı, Azərbaycan bayrağını, xəritəsini, “Azərbaycan – tolerantlıq məkanı”, “Erməni terroru”, Heydər Əliyev fondunun hazırladığı “Qarabağ həqiqətləri” və “Muğamın dirçəlişi” toplularını, eləcə də “Azərbaycan xalçaları” və Küveytli yazıçı Adil Əl-Fəlləhin ərəb dilində yazdığı “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitablarını Şeyxə Şəmsə Həşer Əl Məktumun idarəsinə hədiyyə edib. Əli Əl-Fələsi bu hədiyyələrdən ibarət Azərbaycan guşəsinin yaradılacağını bildirib.
O, BƏƏ Voleybol Federasiyasının Rəyasət Heyətinin üzvü, BƏƏ qadınlardan ibarət yığmasının rəhbəri və sponsoru, eyni zamanda dövlət əhəmiyyətli bir neçə idarə və təşkilata rəhbərlik edən Şeyxə Şəmsə Həşer Əl-Məktumun “Azərbaycan” Cəmiyyətiinin vasitəsilə Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə daha sıx əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.

460