Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı enerji təhlükəsizliyi və regional enerji layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
E.Məmmədyarov BMT-in 66-cı sessiyasında iştirakı çərçivəsində Liberiyanın xarici işlər naziri Toga Gayevea Makintoş ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və enerji sahəsində və habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. XİN başçısının Konqo Demokratik Respublikasının xarici işlər naziri Aleksis Tambve Mvamba ilə görüşü çərçivəsində isə Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycanın xarici işlər nazirinin Albaniya baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı tərəflər Azərbaycanla Albaniya arasında hüquqi bazanın genişləndirilməsi və əməkdaşlıq potensialının artırılması üçün qarşılıqlı səfərlər mübadilələrinin həyata keçirilməsi və müştərək biznes forumlarının təşkil edilməsi vacibliyini vurğulanıb.

817