Azərbaycan BMT Baş Assambleyasına müraciət edib
Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli özünü idarəetmə orqanlarına” qondarma “seçkilər” məsələsini sentyabrın 18-də BMT Baş Assembleyasında keçirilmiş sessiyasında qaldırıb.
Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT-dəki mənbələrindən məlumat veriblər. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT baş katibinə məktubunda, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını Baş Assembleyanın və Təhlükəsizlik Şurasının gündəliyinə daxil etməyi xahiş edib. Baş Assembleyanın gündəliyinə “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri”, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “İrqçilik, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və dözümsüzlüyün aradan qaldırılması” məsələləri daxildir.
“Azərbaycan bir daha bəyan edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan tanınmamış separatçı rejim Ermənistanın bu əraziləri azərbaycanlı əhalidən etnik təmizləməsi əsasında yaratdığı qanunsuz qurumdan başqa heç nəyi təmsil etmir. Qondarma “seçkilər” də Ermənistanın qəsbkarlıq siyasətini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində davam edən işğalı nəticələrini pərdələmək üçün keçirilib.
Azərbaycan Ermənistan tərəfini destruktiv, qanunsuz addımları dayandırmağa çağırır, çünki bu addımların heç bir perspektivi yoxdur. Bunun yerinə Ermənistan xoş niyyət göstərməli, münaqişənin davamlı və tez həllini tapmaq üçün danışılar prosesində konstruktiv mövqe tutmalı və beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməlidir”.

460