Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmə keçirilib
Bu gün Azərbaycan Respublikası və Hindistan Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistan tərəfindən isə Azərbaycanda səfərdə olan Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sancay Sinqh başçılıq ediblər.
Xələf Xələfov Azərbaycanın Hindistanla əlaqələrə önəm verdiyini və mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacib olduğunu bildirib. O, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını, parlamentlərarası dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının faydalı olacağını söyləyib.
Sancay Sinqh ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də ticarət, humanitar, təhsil və enerji sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Məsləhətləşmələr zamanı informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması, iki ölkə arasında Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının yaxın zamanlarda keçirilməsi, 2012-ci ildə qarşılıqlı olaraq mədəniyyət günlərinin və kinofestivalların keçirilməsi, eyni zamanda biznes forumların təşkili istiqamətində işlərin aparılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07