Hidayət Orucov Səudiyyə Ərəbistanının nazir müavini ilə görüşüb - FOTO
Əbdüləziz ibn Abdullah əl-Əmmar: “İşğal olunmuş torpaqlar qeyd-şərtsiz azad olunmalıdır, bu, Azərbaycanın haqqıdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, vəqflər, dəvət və irşad işləri nazirinin müavini Əbdüləziz ibn Abdullah əl-Əmmarın rəhbərlik etdiyi nümayəndə heyətini və Krallığın ölkəmizdəki səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hidayət Orucov deyib ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri yüksək səviyyədədir.
O, Səudiyyə Ərəbistanının isə ölkəmiz üçün xüsusi statusa malik olduğunu qeyd edib: “Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına olub və bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasına hər zaman xüsusi diqqət yetirib. Xarici siyasətdə Səudiyyə Ərəbistanına xüsusi diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Əbdüləziz ibn Abdullah əl-Əmmar s Hidayət Orucovun 2010-cu ildə Səudiyyə Ərəbistanına səfərini xatırladıb və bu səfərdən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığını söyləyib: “Həmin görüşünüzdən sonra biz bir daha əmin olduq ki, fikirlərimiz üst-üstə düşür və Azərbaycanla bir sıra ortaq layihələr həyata keçirə, əməkdaşlığımızı daha da genişləndirə bilərik. Bu gün dünyada gedən proseslər münasibətlərimizin daha sıx və daha möhkəm olmasını zərurətə çevirib. Bu gün bütün dünyada yeni-yeni zərərli ideologiyalar, cərəyanlar yaranmaqdadır və biz çalışmalıyıq ki, maarifləndirmə işi aparmaqla insanlarımızı, xüsusilə də gənclərimizi bu zərərlərdən qoruyaq. Terrorçuluqla mübarizədə zəngin təcrübəyə malik ölkə kimi Səudiyyə Ərəbistanı hesab edir ki, ekstremizm və radikalizmin qarşısını almağın ən düzgün yolu maarifləndirməkdir. Məsələn, imamlarımızla söhbətlər zamanı deyirik ki, moizələrdə məzhəblərarası ixtilafa səbəb olan məsələlər haqqında danışılmasın. Bunu etməkdə məqsədimiz İslamı parçalayan fikirləri bir kənara qoyaraq, ümumi vəhdətə nail olmaqdır”.
Hidayət Orucov da İslam dünyasında bu gün birliyə daha çox ehtiyac olduğunu vurğulayıb: “Çünki İslamın əleyhinə çıxan, onu təftiş edən qruplar vardır. Ümumi birliyə nail olaraq mövcud problemlərin həlli ilə özümüz məşğul olmalıyıq ki, həm belə “təftişçilər”ə fakt verilməsin, həm də İslama münasibətdə fərqli standart tətbiq edənlərə qarşı həmrəylik göstərilsin”. Dövlət Komitəsinin sədri torpaqlarımızın 20 ildir ki, ermənilərin işğalı altında olduğunu, BMT Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin hələ də icra edilmədiyini xatırladıb: “Ermənilər işğal etdikləri ərazilərimizdəki türbələri, məscidləri, ümumiyyətlə, İslam dininə aid bütün məbədləri vandallıqla dağıtmışlar. Ən qəribəsi odur ki, bu erməni vəhşiliyi XX əsrin sonu - XXI əsrin əvvəllərində, sivilizasiyadan, ədalətdən danışan ölkələrin gözləri qarşısında baş verir və işğalçını hələ də öz adı ilə çağırmırlar”.
Əbdüləziz ibn Abdullah əl-Əmmar Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsinə münasibətinin birmənalı və dəyişməz olduğunu xatırlatdı. O bildirib ki, torpaqların qeyd-şərtsiz işğaldan azad olunması vacibdir, çünki bu, Azərbaycanın haqqıdır və haqq heç zaman yerdə qalmır.
Görüşdə əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

478