Səhiyyə Nazirliyində müstəqilliyimizin 20 illiyi qeyd olunub
Bu gün Səhiyyə Nazirliyində beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyirmi masada Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunmuş, ölkəmizdə səhiyyənin inkişafında beynəlxalq təşkilatların rolundan danışılmış, müstəqillik illərində 400-dən artıq yeni tibb müəssisə açılması, xəstəxanaların əsaslı təmirdən çıxması, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılması haqqında tədbir iştirakçılarına məlumat verilib.
Sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Uşaq Fondu və digər beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri ölkəmizdə yoluxucu xəstəliklərlə bağlı həyata keçirdikləri layihələr barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə ölkəmizin regionda durmadan artan rolunun göstəricisi olan ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyası barədə də ətraflı söhbət açılıb. Bildirilib ki, Azərbaycan 2005-2008-ci illərdə ÜST-nın toplantılarında iştirak edib, 2009-2011-ci illərdə isə bu təşkilatın Daimi Komissiyasına nümayəndə göndərib. Bakıdakı sessiyada Azərbaycan Respublikası ÜST-nin İcraiyyə Komitəsinə üzv seçilib.

523