Azərbaycanlılar Türkiyə-Suriya sərhədində əməliyyat keçirəcək
ANAMA Türkiyənin NOKTA Şirkəti ilə Türkiyə-Suriya keçid terminalı ərazilərinin minalardan təmizlənməsi əməliyyatları üzrə müqavilə imzalayıb. Lent.az-ın ANAMA-nın saytına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən ANAMA Türkiyə-Suriya keçid terminalı ərazisində mexaniki mina təmizləmə əməliyyatlarını və xarici keyfiyyət yoxlaması xidmətini həyata keçirəcək. Piyada və tank əleyhinə minalarla çirklənmiş ərazinin ümumi sahəsi 160.000 kvadrat metrdir.
Hal-hazırda razılaşmaya uyğun olaraq ANAMA-nın BOZENA – 4 kiçik çarxlı mexaniki minatəmizləyən maşını Türkiyənin Karkamış ərazisinin Qazıintep qəsəbəsində minatəmizləmə əməliyyatlarını həyata keçirir. Avqust ayından bu günə kimi 100.000 kvadrat metrdən artıq ərazi təmizlənib və 50-dən artıq müxtəlif çaplı piyada və tank əleyhinə minalar tapılıb zərərsizləşdirilib. Türkiyə-Suriya keçid terminalı ərazisində aparılan minatəmizləmə əməliyyatları 26 avqust 2011-ci il tarixində başlanıb və 2 ay müddətinə davam etdiriləcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29