İsa Qəmbər və Əli Kərimli məhkəmədə ifadə verdilər
0
0
Bu gün Səbayel rayon Məhkəməsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Xalq Cəbhəsi Partiyasının ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli və Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, prosesə hakim Famil Nəsibov sədrlik edib.
Şahid qismində Müsavat başqanı İsa Qəmbər və Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ifadə veriblər. İ.Qəmbər 2 aprel mitinqi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, aksiyanın dinc xarakterli olacağı və aksiyaçıların zorakılığa yol verməyəcəkləri ilə bağlı məsələ həm İctimai Palatanın Koordinasiya Şurasının qərarında, həm də bir gün öncə Palatanın müraciətində əksini tapıb. İ.Qəmbərin sözlərinə görə, aksiyanın təşkilatçıları bu şəxslər deyil, Koordinasiya Şurasıdır.
Müsavat başqanı onu da bildirib ki, Arif Hacılı aksiya qərarının qəbul edildiyi Koordinasiya Şurasının iclasında iştirak etməyib.
Dövlət ittihamçısının sualı belə olub: “Siz Əli Kərimli ilə birgə Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunarkən, Fəvvarələr meydanında aksiya keçirilməsi ilə bağlı edilən xəbərdarlıq barədə aksiya iştirakçılarına və digər şəxslərə məlumat vermisiniz?”
İ.Qəmbər isə deyib: “Bakı şəhər Baş Polis İdarəsinin rəisi və prokuror bizə aksiya barədə öz mülahizələrini bildiriblər”.
O, ifadəsində təşkilatçı partiyalardan birinin rəhbəri olduğundan, özünü aksiyada iştirak etmiş saydığını da söyləyib.
Daha sonra Ə.Kərimli ifadə verib. O, qeyd edib ki, aksiyaya gələn insanlar heç bir zorakılığa yol verməyiblər.
Dövlət ittihamçısının sualına cavabında Ə.Kərimli bildirib ki, Bakı şəhər Baş Polis İdarəsində onlara edilən xəbərdarlığı təqsirləndirilən şəxslərə çatdırmayıb. Dövlət ittihamçısı “O halda həmin şəxslər məlumatlı olmadıqlarından, aksiyaya gəliblər. Buna nə deyərdiniz?” sualı da verib. Partiya sədri isə bildirib ki, aksiyaya xəbərdarlıq edilib-edilməməsindən asılı olmayaraq gəlmək qəbahət deyil: “Belə çıxır ki, mitinqdə iştirak etmək cinayətdir. Bu sualı düzgün saymıram. Xəbərdarlıq barədə məlumatı çatdırmamışam. Çünki xəbərdarlığı heç özüm də oxumadım, qol çəkmədim. Ona görə də bu insanlara xəbərdarlığı çatdırmamışam”.
Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib.
Ramiz MİKAYILOĞLU