ABŞ rəsmiləri oktyabrda Azərbaycana səfər edəcəklər
23 sentyabr 2011 15:47 (UTC +04:00)

ABŞ rəsmiləri oktyabrda Azərbaycana səfər edəcəklər

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.

Erik Rubin 16-22 oktyabr tarixlərində Cənubi Qafqaz respublikalarına səfər edəcək, səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə təhlükəsizlik, energetika və demokratik islahatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin regional məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, bu, Erik Rubinin ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsində Azərbaycana ilk səfəridir. Xatırladaq ki, Erik Rubin bu ilin iyulunda bu postda Tina Kaydanauni əvəz edib. Diplomat bundan əvvəl 4 il ABŞ-ın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışır. O həmçinin Ukrayna, Honduras və Tailandda diplomatik postlarda çalışıb.

Castin Fridman isə 28 sentyabr – 8 oktyabr tarixlərində Cənubi Qafqaz respublikalarına səfər edəcək. O, rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə təhlükəsizlik, energetika və demokratik islahatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin regional məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar