Belçikada Azərbaycanla bağlı iki çadır qurulub
23 sentyabr 2011 15:30 (UTC +04:00)

Belçikada Azərbaycanla bağlı iki çadır qurulub

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayramda ölkəmizi Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil edib. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və qurumun əməkdaşları tərəfindən bayramın keçirildiyi meydanda Azərbaycanla bağlı iki çadır qurulub. Üzərində Azərbaycan bayrağının dalğalandığı çadırların birində ölkəmizin sosial-iqtisadi inkişafına və mədəniyyətinə, tarixinə, turizm potensialına aid təbliğat materialları sərgilənib, film nümayiş etdirilib. Cəmiyyət tərəfindən flamand dilində hazırlanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş Azərbaycan adlı broşür bayramın iştirakçılarına paylanılıb. Digər çadırda isə dərnəyin fəalları tərəfindən hazırlanmış Azərbaycan milli mətbəxinin nümunələri nümayiş etdirilib və ziyarətçilərə müxtəlif növ dadlı yeməklər təqdim olunub.


Sərgi iştirakçıları Azərbaycan çadırına xüsusi diqqət göstərib, şəhər bələdiyyə idarəsinin rəhbərliyi və regional deputatlar uğurlu fəaliyyətlərinə görə cəmiyyət üzvlərini təbrik ediblər. Cəmiyyətin sədri Ayhan Dəmirçi isə öz növbəsində Azərbaycanın Belçikadakı səfirliyinə sərginin təşkilinə verdiyi dəstəyə görə təşəkkürünü çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar